Park Cinema "Medalyon" (Qaçırılmış) filminin jurnalistlər üçün baxışını təşkil edib. SİA-nın məlumatına görə, döyüş- triller janrında olan film jurnalistlər tərəfindən bəyənilib.
Məlumat üçün bildirək ki, film bu il ABŞ-da rejissor Saymon Uestin rəhbərliyi ilə ekranlaşdırılıb. Rollarda Nikolas Keydc, Deni Xyuston, Malin Akerman və başqaları çəkilib.
Filmin mövzusu isə belədir: "Öz keçmiş həyatı ilə vidalaşmaq istəyən sabiq kriminal avtoritetin qızı naməlum şəxslər tərəfindən qaçırılır. Oğrular yeniyetmə qızı taksinin baqajında gizlətdiklərini bildirirlər. Atanın cəmi bir neçə saatı var ki, qızının olduğu yeri tapıb onu xilas edə bilsin. Buna görə də o, yenidən Nyu-Yorkun kriminal dairələrinə qoşulmalı olur. Artıq onu heç nə saxlaya bilməz!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB