Başkordıstanın paytaxtı Ufa şəhərində keçirilən türk xalqlarının V "Tuqanlıq" Beynəlxalq Teatr Festivalı (6 – 13 sentyabr) çərçivəsində A.Salavatov adına Dağıstan Dövlət Kumık Musiqili Dram Teatrının kollektivi Əli Əmirlinin "Varlı qadın" komediyası ilə çıxış edib.
SİA-nın məlumatına görə, Başkordıstan Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşa böyük uğurla keçib və tamaşaçıların hərarətli alqışları ilə müşayiət olunub.
Məlumat üçün bildirək ki, keçən ilin martından başlayaraq Kumık teatrının repertuarında özünə yer eləyən "Varlı qadın" teatrın "ən çox baxılan" tamaşası kimi "Tuqanlıq" festivalına vəsiqə alıb.
Qeyd edək ki, "Varlı qadın"ın qurluşçu rejissoru Rusiyanın Əməkdar İncəsənət Xadimi İslam Qazıyevdir. Əsas rollarda teatrın aparıcı aktyorları Rusiyanın Əməkdar artisti Baysoltan Osayev, Dağıstanın Xalq artistləri Tutuxanım Osayeva, İmaməddin Akauddinov, Məmmədkamil Cabukov, Nəriman Akavov və başqaları məşğuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB