İlhamə Quliyeva evə buraxılıb

Avqustun 25-də Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunan xalq artisti İlhamə Quliyeva artıq evə buraxılıb. Xalq artisti xəstəxana kollektivinin ona bağışladığı xüsusi hədiyyə barədə danışıb.

"Xəstəxananın kollektivi mənə çox böyük bir qutuda üzərində müxtəlif şəkillərim və mahnılarımın adı yazılmış şokoladlar bağışladı. Belə bir təmtəraqla məni bu gün yola saldılar. Özümü çox yaxşı hiss edirəm", - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə