Siyavuş Aslan da üzvlər sırasında
Aktyorların müraciəti

Daha bir neçə sənət adamı xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına (ARKİ) üzv olmaq üçün ərizə ilə müraciət edib. ARKİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, quruma üzv olmaq üçün müraciət edən kino xadimləri arasında xalq artisti Siyavuş Aslan, əməkdar artistlər Loğman Kərimov, Münəvvər Əliyeva, Elşən Rüstəmov və Qurban Məsimov var.

Qedy edək ki, adları sadalanan şəxslər arasında Loğman Kərimov Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyündən çıxaraq yeni quruma müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə