Bakıya "Dolu" düşdü

Bu gün "Nizami" Kino Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "DOLU" bədii filminin mətbuat işçiləri üçün təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, filmin nümayişindən əvvəl çıxış edən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov yaradıcı heyəti bir daha təbrik edib, Azərbaycan kino sahəsinin inkişafı yolunda bir sıra qanunların hazırlandığını bildirib.

Tədbirdə çıxış edən A. Abbas filmin beynəlxalq səviyyədə nümayişi barədə danışıb. O bunun Mədəniyyət və Turizm Nazirliyinə aid məsələ olduğunu deyib: "Azərbaycana müxtəlif ölkələrin zəif filmləri gətirilir, nümayiş etdirilir. Niyə bu film xarici ölkələrdə nümayiş etdirilməsin?". Sonra film nümayiş olunub. Filmə baxışdan sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Məlumat üçün bildirək ki, filmin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Aqil Abbas, bəstəkarı Polad Bülbüloğlu, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəzərovdur.

Qeyd edək ki, Filmin rollarında Məmməd Səfa (komandir), Rza Rzayev (Drakon), Elvin Əhmədov (Pələng), Fuad Poladov (katib), Gülzar Qurbanova (Pələngin anası), Şamil Süleymanlı (müəllim), Fərhad İsrafilov (milis rəisi), Rövşən Ağayev (II Azərbaycan döyüşçüsü), Cavanşir Hadıyev (Azərbaycan döyüşçüsü), Faiq Kərimoğlu (Azərbaycan döyüşçüsü), Vüqar Vəlixanov (Azərbaycan döyüşçüsü), Oqtay Quliyev (baza müdiri), Şahmar Qəribli (baş mühasib), Sərdar İsgəndərov (Şelli Eldar), Vüsal Murtuzəliyev (jurnalist), Əjdər Zeynalov (Levon), Namis Şirməmmədov (Aram), Ramin Şıxəliyev (Musanın qardaşı), Anar Səfiyev (batalyon növbətçisi), Corc Qafarov (Qeyrət), İntiqam Soltan (şair), Sərdar Rüstəmov (erməni), Vüsalə Məmmədova (erməni qızı) və başqaları çəkilib.

Filmdəki tryukları Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri yerinə yetiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə