"Eurovision- 2011"in qaliblərindən biri Nigar Camalın atası Aydın Mütalibzadə vəzifəsinin icrası zamanı ağır yanıq xəsarəti alıb. SİA-nın məlumatına görə, müğənninin atası Məştağada olan "Bakıeleketrikşəbəkəsi"nin yarım stansiyasında işləyərkən xəsarət alıb.
Nigar Camal da bu faktı təsdiqləyib: "Məştağa- Bilgəh üzrə yüksək gərginlikli yarımstansiyada aparılan iş zamanı baş verən partlayış nəticəsində atam yanıq xəsarəti alıb. Xəstəxanada müayinədən keçdikdən sonra atamın 3-cü dərəcəli yanıq xəsarəti aldığı məlum olub. Hazırda atamın vəziyyəti kritikdir".
Qeyd edək ki, Aydın Mütalibzadə 5 nömrəli xəstəxanadadır və həkimlər hər şeyin qaydasında olması üçün əllərindən gələni edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB