"Ramil Səfərovun şərəfinə kompozisiya hazırlanacaq. Bu məsələ ilə bağlı bir layihə planlaşdırırıq. Artıq onun haqqında poema yazılıb. Hələ bizə gəlib çatmayıb, lakin bu haqda söhbətlər gedir. Poema ilə tanış olduqdan sonra onu kompozisiya şəklində səhnələşdirib geniş tamaşaçı kütləsinə təqdim edəcəyik". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru və əməkdar artist Mübariz Həmidov bildirib.
Direktor həmçinin Ramil Səfərovun Vətənə gətirilərək əfv olunması ilə bağlı öz fikirlərini də bölüşüb. Onun sözlərinə görə, Ramil Səfərovun vətəninə gətirilməsi və azadlığa buraxılmasını hər bir Azərbaycan vətəndaşı kimi yüksək ruh yüksəkliyi ilə qarşılayıb: "Bu şad xəbəri çoxdan gözləyirdik. Prezident İlham Əliyevin bu addımı təbii ki, gözlənilən idi. Ramilin vətəninə geri gətirilməsi tək mənim üçün deyil, eləcə də Azərbaycan xalqının sevinci oldu. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kollektivimizlə görüşü zamanı bu xəbəri deyəndə bütün işçi heyətimiz 10 dəqiqə ayaqüstü alqışlarla sevinclərini bildirdilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB