Azərbaycanın xalq artisti Arif Quliyevin səhhətində problem yaranıb. Xalq artisti SİA-ya açıqlamasında bu gün Mərkəzi Klinik Xəstəxanasına müayinə üçün getdiyini bildirib. Özünü dünənə nisbətən yaxşı hiss etdiyini deyən A. Quliyev xəstəxananın nevro- cərrahiyyə bölməsinin hara köçdüyündən xəbərsiz olduğunu qeyd edib: "Bu səbəbdən də həkimimin harada olduğunu bilmirəm. İndi də təzyiqdən əziyyət çəkirəm. Hazırda isə "Kaspar" kimi tanınan Xəzər Dəniz Gəmiçiliyinin xəstəxanasına gedirəm".
Danışmaqda çətinlik çəkən aktyorun vəziyyəti dünən gecə saatlarında Ağcabədi rayonuna yas mərasiminə gedən zaman Ucar-Zərdab avtomobil yolunda qəflətən pisləşib. Arif Quliyev yaxınlıqdakı Zərdab Mərkəzi Rayon Xəstəxanasına götürülmüşdü. Xalq artisti tibb müəssisəsinə hipertonik-kriz diaqnozu ilə daxil olub. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti normallaşdıqdan sonra Arif Quliyev təcili yardım maşını ilə Bakıya yola salınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB