Türkiyədə nümayişə başlayandan bəri müxtəlif qalmaqallara səbəb olan məşhur "Muhteşem yüzyıl" serialı avqustun 27-də Bosniya-Hersoqovinada göstərilməyə başlanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Bosniya-Hersoqovinanın ən populyar telekanallarından biri OBN-də "Suleyman Veliçanstveni" ("Möhtəşəm Süleyman") adı ilə göstərilməyə başlanan "Muhteşem yüzyıl" serialının ilk seriyası ölkədə ən çox baxılan seriala çevrilib.
OBN bildirir ki, 17-49 yaşlı tamaşaçılar arasında serial ən yüksək reytinq toplayıb. Lakin ölkə mediası serialı tənqid edir. Dnevni Avaz qəzeti isə serialda səhv və yanlışlıqların həddindən artıq olduğunu yazır. "Sultan sarayındakı qadınların paltarları əslində XIX əsrdə Fransada dəbdə idi. Sultan şalvar geyinir. Üstəlik, Qanuni Sultan Süleyman padşah olanda onun 41 yox, 26 yaşı vardı", - qəzetdə bildirilib.
Sarayevo Tarix Qurumunun professoru Sedad Beşliya isə bildirib ki, serialda Sultan Süleyman qadın düşkünü kimi göstərilir: "46 illik hakimiyyətinin tam əksəriyətini savaşlarda keçirən padşahın həyatı serialda yalnız hərəmxana macəralarından ibarət yaşam kimi göstərilir. Bu, qəbuledilməz məsələdir. Eyni zamanda, serialda tarixi faktların kobud şəkildə saxtalaşdırılması da var".
Məşhur rejissor Süleyman Kupusoviç isə qeyd edib ki, serial "ucuz Hollivud" filmlərini xatırladır: "Seriala baxanda çox məyus oldum. Sözün düzü türk rejissorlarından daha yaxşısını gözləyirdim. Zənnimcə ucuz Hollivud filmlərini xatırladan serial, mövzu etibarilə də şou verilişlərini yada salır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB