Qırğızıstanın "İctimai Teleradioyayım Korporasiyası" televiziya kanalında xalqımızın tarixinin, adət-ənənələrinin yaxından öyrənilməsi və ölkələrimiz arasındakı mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan filmləri ongünlüyü keçirilib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Qırğızıstandakı səfirliyindən bildirilib. Tamaşaçılara milli kinomuzun incilərindən sayılan "Babək", "Dədə Qorqud", "Uzaq sahillərdə", "Arşın mal alan", "Koroğlu", "O olmasın, bu olsun", "Axırıncı aşırım", "Yeddi oğul istərəm", "Bəxtiyar" və "Nəsimi" bədii filmləri təqdim olunub.
Bununla yanaşı, Azərbaycanın və SSRİ-nin Xalq artisti, dünya şöhrətli bəstəkar, müğənni Müslüm Maqomayevin 70 illik yubileyi ilə bağlı onun həyat və yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib, böyük sənətkarın mahnıları səsləndirilib.
Qeyd edək ki, bu il mayın 10-dan 18-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Bişkekdəki "NTS", "İctimai Teleradioyayım Korporasiyası" və "Manas janırıcı" televiziya kanallarında tanınmış kinorejissor Vaqif Mustafayevin ulu öndərin həyat və fəaliyyətindən bəhs edən "Heydər Əliyev" sənədli filmi hissə-hissə nümayiş etdirilib və böyük maraq doğurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB