Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə ərazisində yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatı prosesi yaxın aylarda tamamlanacaq. SİA-nın xəbərinə görə, dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında 6308 abidə yer alıb ki, bunlardan 699-u Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında yerləşir.
2006-cı ildən başlayan yeni aşkar olunmuş abidələrin qeydiyyatı prosesində 1725 obyekt dövlət qeydiyyatına alınıb. Toplanmış materiallar, yeni aşkar olunmuş obyektlərin siyahısı əhəmiyyət dərəcəsinin müəyyən olunması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq İnstitutlarına təqdim ediləcək.
Qeyd edək ki, müvafiq rəylər alındıqdan sonra isə tarix və mədəniyyət abidələrinin yeni dövlət siyahısı təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB