Çexiya Milli Kitabxanasının Şərq fondunda Azərbaycan ilə əlaqədar XVII-XVIII əsrlərə aid olan təxminən 320 fars dilli qədim əlyazma saxlanılır. SİA-nın xəbərinə görə, Azərbaycan Milli Kitabxanası həmin əlyazmaların öyrənilməsinə başlayır.
Qeyd edək ki, əlyazmaların öyrənilməsi və araşdırılması məqsədilə kitabxananın xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin müdiri Xəyalə İsmayılova və Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Möhsün Nağısoylu sentyabrın 17-dən 27-dək Praqa şəhərinə ezam olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB