Serbiyanın Zlatibor şəhərində Beynəlxalq İdman Kinosu Festivalı keçirilib. SİA-nın verdiyi xəbərə görə, 4 ölkədən 25 ekran əsərinin nümayiş edildiyi festivalda Azərbaycanı təmsil edən "Top həm düşər, həm qalxar" sənədli filmi festivalın birinci mükafatına layiq görülüb.
Qeyd edək ki, rejissor Arzu Urşanın çəkdiyi ekran əsəri son bir neçə ay ərzində İtaliya, Rusiya və Türkiyədə keçirilən beynəlxalq kino müsabiqələrinin baş mükafatlarını qazanıb. Azərbaycan futbolunun tarixindən bəhs edən filmin ilin sonuna qədər digər bir neçə festivalda da iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB