Münsif seçildi

Tanınmış türk aktrisası Çağla Şikel münsif olacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl televiziyadan uzaqlaşan aktrisa Türkiyə televiziyasında yayımlanan və böyük maraqla izlənən "Bu gün ne giysem" adlı verilişdə münsif heyətinə üzv olacaq.

Qeyd edək ki, münsiflər heyətində Ç.Şikellə yanaşı, Türkiyənin tanınmış simaları İvana Sərt, Hakan Yıldırım və Uğurkan Erez təmsil olunublar. Onlar model olmaq istəyən namizədlərin geyimlərini müzakirə edib, ən zövqlə geyinən iştirakçını qalib elan edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə