“Kənardan baxan izləyici bizə gülməsin”

“Kənardan baxan izləyici bizə gülməsin”

Azərbaycanın tanınmış yumorist, aktyoru Fərda Xudaverdiyev səhnəyə çıxarkən hiss etdiyi həyəcanından söz açıb. Fərda hər zaman onu sevən tamaşaçılarının qarşısında məsulliyətli olduğunu xüsusi ilə qeyd edib. SİA-ya açıqlama verən Fərda Xudaverdiyev bunları deyib: "Səhnəyə çıxanda valideyinlərimin qarşısında hiss etmədiyim məsuliyyəti tamaşaçıların qarşısın da hiss etmişəm. Çünki hər zaman məni sevənlərə hörmət etmişəm. Eyni zamanda da biz incəsənət adamları səhnədə elə oynamalıyıq ki, kənardan baxan izləyici bizə gülməsin. Bu da hər aktyorda bacarıq və məsuliyyət tələb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə