Gəlin-qaynata münaqişəsi

Türkiyənin tanınmış aktrisası Məltəm Cumbul özündən 14 yaş kiçik kişi ilə ailə həyatı qurub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ailə quran bəyin atası Erol Özbaş bu evliliyə qarşı çıxıb. O, oğlunun ailə qurmasından xəbərsiz olduğunu söyləyib: "Oğlumun qurduğu evlilik düzgün deyil. Çünki onlar arasında çox böyük yaş fərqi var. Ona görə də, bu evlilik uzun müddət davam edə bilməz".

M.Cumbulun həyat yoldaşı Alican Özbaş atasının bu fikirlərinə belə cavab verib: "Müğənni Ajda Pekkan da atamdan böyük idi. Amma onların xoşbəxt münasibətləri vardı".

Qeyd edək ki, təzə bəyin atası Erol Özbaş Türkiyənin məşhur müğənnisi Ajda Pekkanla dini nikahla ailə qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə