Kamera Musiqisi Festivalı keçiriləcək

Sentyabrın 1-dən 5-dək Qüdsdə Kamera Musiqisi Festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, festivala müasir Azərbaycan bəstəkarı Fərəc Qarayevin əsəri ilə yekun vurulacaq.

Qeyd edək ki, əsas hissəsi klassik rus musiqisinə həsr ediləcək festival çərçivəsində fransız bəstəkarı, imperissionist musiqinin parlaq nümayəndəsi Klod Debyussinin 150 illik yubileyi də qeyd olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə