Türkiyənin sevilən aktyoru Kenan İmirzalıoğlunun maraqla gözlənən yeni serialı "Karadayı"nın aktyor heyətinə sürpriz sima olaraq Yavuz Bingöl qatılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, TRT 1-də ekrana yayımlanan "Bulutların Ötesinde" serialı 13-cü bölümlə bitdikdən sonra Yavuz Bingöl yeni seriala çəkilib.
Nəzərinizə çatdıraq ki, Yavuz Bingöl bu dəfə şərqdən gəlmiş prokuroru oynayacaq. 70-ci illərdə keçən hadisələrdə çəkməçi atanın oğlu olan bir şəxsin hekayəsi ekranlaşdırılacaq.
Qeyd edək ki, ustad aktyor Çetin Tekindor Kenan İmirzalıoğlunu atasını canlandıracağı serialda İmirzalıoğlunun sevgilisi rolunda Bergüzar Korel oynayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB