Müğənni pərəstişkarlarına çağırış etdi

Müğənni pərəstişkarlarına çağırış etdi

Əslən azərbaycanlı ingiltərəli müğənni Sami Yusif Livanın paytaxtı Beyrutdakı konsertində pərəstişkarlarına çağırış edib. SİA-nın xəbərinə görə, konsert zamanı müğənni insanları Surıyadakı qardaşlara kömək etməyə səsləyib. Beyrut səhnəsinə Livan bayrağı ilə çıxan sənətçinin bu sözləri böyük alqış toplayıb.

Müğınni səhnədə Allah və Hz. Məhəmməd sevgisi, uşaqlara yardım, sülh və bənzər humanitar mövzulara dair mahnılar oxuyub. Bundan əlavə, o, bəzi musiqi alətlərində ifası ilə onu dinləməyə gələnləri əyləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə