İlhamə Quliyeva sabah əməliyyat olunacaq

İlhamə Quliyeva sabah əməliyyat olunacaq

Azərbaycanın xalq artisti İlhamə Quliyeva sabah ürəyindən əməliyyat olunacaq. Bununla bağlı mətbuata müğənninin prodüseri Lamiyə Ələkbərqızı məlumat verib.

O bildirib ki, hazırda İlhamə Quliyeva Mərkəzi Neftçilər Xəstəxanasındadır və cərrahiyə əməliyyatı sabah saat 11:00-da başlayacaq. L.Ələkbərqızı bildirib ki, əməliyyatın 4 saat davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə