Sentyabr ayının 7-10-da Masallıda Beynəlxalq Folklor Festivalı keçiriləcək. Folklor festivalında Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya ölkələrindən folklor qruplarının iştirakı gözlənilir. SİA-nın xəbərinə görə, qonaqlar xalqlarına məxsus folklor nümunələri nümayiş etdirəcək, Azərbaycana xas zəngin folklor nümunələri ilə də tanış olacaqlar.
Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Masallı şəhəri 2012-ci ildə Azərbaycanın "Folklor paytaxtı" elan edilib. Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2012-ci il tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılaraq geniş tədbirlər planı hazırlanıb.
Tədbirlər planına əsasən, rayonun ayrı-ayrı ərazilərində mahnı və rəqs müsabiqələri, bədii gecələr, xalq folkloruna baxış kimi kütləvi tədbirlər keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB