Türkiyənin TRT kanalı Azərbaycanın "Ayrılıq" və "Ala gözlüm" mahnılarına film çəkir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yarım saatlıq film "TRT Müzik" kanalındakı "Mahnılar və hekayələri" ("Türküler ve öyküleri") adlı serial-proqramda yayımlanacaq. Filimin çəkilməsinə məqsəd TRT-nin rejissoru Fateh Arslan və prodüsseri Hakan Bişkinin Bakıya gəlməsidir.
TRT qrupu Bakıda sözügedən mahnıların hekayələrini öyrənmək və çəkiləcək filmlərin yerlərini müəyyənləşdirmək üçün fəaliyyətə başlayıb. Mahnıların hekayələri ilə bağlı araşdırma aparan heyət filmdə oynayacaq aktyorları da müəyyənləşdirib. Filmdə çəkiləcək aktyorlar, mahnıları səsləndirəcək müğənnilər və aparıcılar azərbaycanlılar olacaq.
Qeyd edək ki, filmin çəkilişləri sentyabrın 26-da başlayacaq və 10 gün davam edəcək. Çəkilişlərin böyük hissəsi Qala kəndində həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB