Zaqatalada avqustun 12-də Röya və Rəhim Rəhimlinin iştirakı ilə təşkil edilən konsert proqramı hələ də müzakirə mövzusudur. Zaqatala gəncləri tədbirdən olduqca məmnun qalıb, bu cür möhtəşəm konsertlərin tez-tez keçirilməsini istəyirlər. SİA-nın verdiyi xəbərə görə, tədbirin keçirilməsində baş sponsor Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, "Genercon" şirkətlər qrupunun, Mədəni İrsin Qorunmasına Dəstək ictimai birliyi, Azərbaycan İnşaat - İnvestisiya qrupu, "Kənan İnşaat" Şirkəti, Bakı fındıq emalı zavodu, "İntertabacco" tütün emalı zavodu, "Simurq Peşəkar İdman klubu", Zaqatala Olimpiya İdman kompleksi"nın də böyük dəstəyi olub.
Tədbirin təşkilatçılarından olan "Genercon" şirkətlər qrupunun müşahidə şurasının sədri Dünyamin Xəlilov öz müsahibəsində bildirib ki, Röya ilə Rəhimin Zaqatalaya səfər etməsini elə gənclər istəyiblər: "Beynəlxalq Bankı və "Genercon" Şirkətlər Qrupu bu konsertin təşkilatçılarıdır. Bu tədbir Gənclər Gününə təsadüf edir.
Xatırladaq ki, bu ilin yazında Zaqatala rayonunda zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində bəzi rayonlar dağıntılara məruz qalmışdı. Bu tədbirin də məqsədi gənclərə dəstək olmaqla yanaşı, həm də zəlzələdə zərər çəkən insanlara mənəvi də olsa, yardım etməkdir. Hazırda zərər çəkmiş bölgələrə Azərbaycanın 4 tərəfindən yardım edilir.
O ki qaldı Rəhimlə Röyanın çıxışına, Zaqatala rayon gəncləri məhz bu məşhurların konsertini istədilər. Gənclər arasında sorğu aparıldı və ən çox səsi Röya xanımla Rəhim bəy topladı. Əsas odur ki, konsertdə iştirak edən gənclər bundan zövq alırlar".
Qeyd edək ki, adı çəkilən qurumlar bundan sonra da belə möhtəşəm tədbirlərin həyata keçməsini planlaşdırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB