Müsabiqə başladı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tələbələr və gənc alimlər arasında görkəmli şərqşünas alim Aida İmanquliyevanın 73 illiyinə həsr olunmuş ərəb filologiyası sahəsində məqalə müsabiqəsi elan edib. SİA-nın xəbərinə görə, müsabiqədə aspirant, dissertant, tələbə və gənc alimlərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər elmi işlərini sentyabrın 25-dək AQUPDK-ya təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə