“Ən sadə soyad” filmi çəkilir

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında ümumilli lider Heydər Əliyevin həyatından bəhs edən "Ən sadə soyad" adlı bədii filmin çəkilişlərinə başlanılıb. SİA-nın xəbərinə görə, iyul ayının ortalarından başlanan çəkilişlər Naxçıvan, Moskva, Sankt Peterburq və Riqa şəhərlərində aparılmaqla yarım il davam edəcək.

Üç hissədən ibarət olacaq filmin Heydər Əliyevin anadan olmasından 1969-cu ilə qədər olan həyatını əhatə edən birinci hissəsinin çəkilişləri 2013-cü ilin may ayında (Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində) başa çatacaq.

Filmdə Rusiyadan Konstantin Qluşko, Aleksand Andreenko, Emmanuila Vitorqana və Yuriya Stoyanova kimi aktyorların iştirakı nəzərdə tutulur.

Ümumilikdə Azərbaycan, Rusiya,Ukrayna və Gürcüstandan olan kinematoqrafçıların rol alacağı ekran əsərində Heydər Əliyev rolunu 5 aktyor canlandıracaq ki, onlar qəhrəmanın həyatının dövlərindən asılı olaraq bir-birini əvəz edəcəklər. H.Əliyevin yaşlı rolunu Rusiyalı aktyor Aleksadr Nikitin ifa edəcək.

Qeyd edək ki, ssenarisi millət vəkili Elmira Axundovanın "Heydər Əliyev" , "Şəxsiyyət və epoxa" kitabları əsasında yazılan filmin rejissoru Ramiz Fətəliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə