56 yaşlı gitaraçı öldü

Elton Conun ansamblında olan 56 yaşlı bas gitaraçı Bob Börç Los-Ancelesdə səhər saatlarında ölü tapılıb. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, musiqiçinin intihar nəticəsində öldüyü düşünülür. Cəsəd erkən saatlarda San-Fernandodakı evinin küncündə aşkar edilib. İntihar hadisəsi silahdan başa açılmış güllə nəticəsində baş verib. Hadisə yerindəki araşdırmalar nəticəsində məlum olub ki, musiqiçi ölümdən qabaq narkotik vasitələrdən istifadə edib.

Qeyd edək ki, Börç Elton Conun musiqi kollektivində 90-ların əvvəlindən bəri ifa edirdi. Börç bundan başqa Billi Coel, Tina Törner, Erik Klepton və Stiv Vander kimi musiqiçilərlə də işləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə