Hollivudun məhşur simalarından olan aktyor Silvester Stalone dünən ilk dəfə olaraq mətbuata böyük oğlu Seycin ölümü ilə bağlı danışıb. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor oğlunun ölüm səbəbini jurnalistlərə belə açıqlayıb: "Oğlumu itirmək mənə çox pis təsir edib. Mən hələ də özümə gələ bilməmişəm. Güman edirəm ki, zaman hər şeyi həll edəcək. Amma hələ mənə hər şeyi yenidən başlamaq çox çətindir. Heç kimə övlad itkisi arzu etmirəm".
Qeyd edək ki, aktyorun böyük oğlu 36 yaşlı Seyc Stalone 13 iyul tarixində Hollivuddakı evində ölü tapılıb. Onun hansı səbəbdən dünyasını dəyişdiyi hələ də bəlli deyil. İlkin versiyalara görə, Seyc güclü ağrıkəsici dərmanlardan şok keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB