Avqust ayının 28-dən sentyabr ayının 27-dək ABŞ-ın paytaxtı Vaşinqtonda görkəmli fırça ustası, Azərbaycanın Xalq rəssamı Kamil Nəcəfzadəyə həsr olunmuş "Hər mənada azərbaycanlı rəssam: Kamil Nəcəfzadə" adlı sərgi keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirin təşkilatçısı Amerikada fəaliyyət göstərən Qarabağ Fondunun təşkilatçılığı ilə həyata keçiriləcək sərgi çərçivəsində rəssamın oğlu, rejissor Şamil Nəcəfzadənin filmlərinin kinosessiyası da gerçəkləşəcək. Rejissorun dörd filmi Vaşinqtonda hər cümə axşamı günü nümayiş olunacaq.
Qeyd edək ki, Ş.Nəcəfzadə sentyabrın 6-da və 13-də filmlərin nümayişində iştirak edəcək. Auditoriya ilə görüşündə tamaşaçıları maraqlandıran suallara cavab verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB