Tanınmış müğənni və bəstəkar Emin Ağalarov "BBC səhər" proqramının qonağı olub. Emin Ağalarov proqramda həyatı və musiqi karyerası barədə məlumat verib. Müğənni və bəstəkar "BBC Radio 2", "Magic FM" kimi məşhur musiqi radiostansiyalarının onu dəstəklədiyini vurğulayıb. İfa etdiyi mahnıların başqa ölkələrdə məşhurlaşmasını müğənni özünün uğuru kimi qiymətləndirib.
Müğənninin sonuncu işıq üzü görən "After the thunder" musiqi albomu artıq bir çox ölkələrdə məşhurlaşıb. Emin Ağalarovun yeni "Baby get higher" mahnısı isə Böyük Britaniya radiolarında hit-paradlara daxil olaraq Rihanna və Coldplayin yeni musiqilərini belə geridə qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB