“Beş manatlıq gəlin”

Şahbuz rayon Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən Xalq teatrı yeni tamaşa ilə teatrsevərləri sevindirib. SİA-nın verdiyi xəbərə görə, görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik yubileyi ilə əlaqədar xalq teatrının kollektivi musiqisi Səid Rüstəmova məxsus "Beş manatlıq gəlin" – 4 pərdəli musiqili komediyasını təqdim edib. Komediyanın rejissoru Ramiz Cəlilov, musiqi tərtibatçısı Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyevdir. Rollarda Naxçıvan MR-sının əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyev, İlahə Səfiyeva, Zülfiyyə Bayramova, Nihad Hüseynov, Bayram Qubadlı, Həvva Quliyeva və başqaları iştirak edirlər. Sözügedən tamaşa rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, tədbirin sonunda Naxçıvan MR-sı Mədəniyyət və Turizim Naziri Sarvan İbrahimov, Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev və Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev xalq teatrının kollektivi ilə görüşərək onları təbrik edib, təklif və tövsiyyələrini veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə