Gənc rəssam nələr edəcək?

Əsərləri bir çox kollektiv sənət sərgilərində uğurla nümayiş olunmuş gənc rəssam Cəmilə Cavadovanın Bakıda fərdi yaradıcılıq sərgisi açılacaq. SİA-nın verdiyi xəbərə görə, cari ilin payızında ilk fərdi sərgisinə çox ciddi hazırlaşan, yaradıcılığında daha çox boyakarlığa üstünlük verən C.Cavadova paytaxtın 207 nömrəli orta ümumtəhsil məktəbində, Mədəniyyət və İncəsənət Universitetində, Musiqi məktəbinin fortepiano sinfində təhsil alıb.

Qeyd edək ki, xanım Cavadova Rəssam İnşaat Mühəndisləri İnstitutunun təşkil etdiyi respublika rəsm və rəsmxət olimpiadasında iki il fəxri diploma layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə