Bu gün dünya şöhrətli, xalq artisti Alim Qasımovun doğum günüdür. SİA-nın xəbərinə görə, Alim Qasımov 1957-ci ildə Şamaxıda anadan olub. Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında həyatında birinci muğam müsabiqəsində müvəffəqiyyət qazanıb. O vaxtlarda o, muğam sənətinin, xüsusilə də "tarab" janrının araşdırmalarıyla məşğul olub.
1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını layiq görülüb. Daha sonra Alim Qasımov fərqli nominasiyalarla mükafatlandırılıb. O, Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.
Xalq artist Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdıb.
Qeyd edək ki, 26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB