Məşhurun şəkilləri yayıldı

Türkiyənin tanınmış azərbaycanlı modeli Günay Musayeva ana olduqdan sonra da boş dayanmayaraq işlərini qaldığı yerdən davam etdirir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, xanım Musayeva "Muhteşem Yüzyıl" serialında Hürrem Sultan obrazını canlandıran qəhrəman kimi fotokamera qarşısına keçib.

Qeyd edək ki, fotolardan biri internetdə sürətlə yayılmaqdadır. Ancaq şəkillərin hansı məqsədlə çəkildiyi hələ ki, məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə