Rusiya Federasiyası Tatarıstan Respublikasının Yelabuqa şəhərində türkdilli ölkələrin dəriçilik sənəti festivalı keçirilib. SİA-nın xəbərinə görə, tədbir "Türk Dünyasında Dəriçilik Festivalı" adlı tədbir TÜRKSOY təşkilatının Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə təşkilatçılığı ilə gerçəkləşib.
TÜRKSOY-un Ankaradakı baş ofisindən verilən məlumata görə, Tatarıstan Prezidenti Rüstam Minnixanov və mədəniyyət naziri Ayrat Sibaqatullinin açılışını etdikləri sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tatarıstan və Başqırdıstandan 30 dəri sənətçisi öz əl işlərini nümayiş etdirib.
Azərbaycanın dəri ustaları Rəşad Əliyev, Pərvanə Eyyubova, Babil Məmmədov və Nahid Vahabovun əl işi olan çanta, milli ornamentlər ilə bəzədilmiş digər dəri məmulatları sərgiyə gələnlərin böyük marağına səbəb olub. Şəhər sakinləri və qonaqlar üçün bu məmulatların satışı da təşkil edilib.
Qeyd edək ki, tədbir çərçivəsində təşkil olunmuş simpoziumda dəri məmulatlarının işlənməsi, aşılanması və boyanması texnikası məsələləri müzakirə olunaraq türk dünyası ustaları və araşdırmaçıları arasında təcrübə mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB