Azərbaycanlı rəssamlar Türkiyəyə gedir

Azərbaycanlı rəssamlar Türkiyəyə gedir

Azərbaycan rəssamları İlqar Əkbərov və Nəvai Məmmədoğlu "Renklerin buluşması" Beynəlxalq rəsm festivalında iştirak etmək üçün dəvət alıb. SİA-nın verdiyi xəbərə görə, festival sentyabrın 1-dən 9-dək Türkiyənin Aydın şəhərində keçiriləcək. SİA-nın xəbərinə görə, fevral ayında İzmir şəhərinin Dövlət Rəsm və Heykəltaraşlıq Muzeyində təşkil olunmuş "Doğudan Batıya, Batıdan Doğuya Kardeş Sergiler" sərgisində türk rəssamlarla yanaşı, azərbaycanlı rəssamlar İlqar Əkbərov və Nəvai Məmmədoğlu iştirak ediblər.

Qeyd edək ki, sərgi zamanı İlqar Əkbərov və Nəvai Məmmədoğlu İzmirdə fəaliyyət göstərən Azərbaycan-Türk Mədəni Əlaqələr və Dostluq Cəmiyyətinin üzvü olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə