Əməkdar artistin qohumu üzə çıxdı

Əməkdar artistin qohumu üzə çıxdı

Azərbaycanlı xanəndə Şaiq İbayev sənətə ilk gəlişindən danışıb. Muğam ifaçısı uşaq yaşlarından incəsənətə meyilli olduğunu dilə gətirib. SİA-ya açıqlama verən Şaiq xalq artisti Mənsum İbrahimovun tələbəsi olduğunu xüsusilə vurğulayıb: " Mənsum İbrahomovun tələbəsiyəm və ondan dərs alıram. Sözügedən xalq artistinin sayəsində incəsənətə gəlmişəm. Onu da deyim ki, hazırda "Xan Şuşiniski Ağdam Muğam Musiqi" məktəbində müəllim işləyirəm".

Xanəndə sentyabr ayında edəcəyi yeniliklərdən də söz açıb: " "Mehriban olaq", "Heyranam", "O körpəmin anasıdır", "Qarabağ şikəstəsi" və bir çox mahnılar üzərində çalışıram. Sentyabr ayında disk çıxartmaq fikrim də var".

Qeyd edək ki, xanəndə Şaiq İbayev əməkdar artist Səbuhi İbayevin qohumudur.

Bütün xəbərlər Facebook səhifəmizdə