Naxçıvan şəhərindəki XII-XIV əsrlərə aid olan "Buzxana" memarlıq abidəsində təmir-bərpa işləri aparılacaq. SİA-nın xəbərinə görə, təmir-bərpa işlərindən sonra burada lazımi şərait yaradılacaq. Eyni zamanda Naxçıvan mətbəxinin zəngin nümunələri təbliğ ediləcək. Buraya gələnlərə milli yeməklərimiz təklif olunacaq.
Nəzərinizə çatdıraq ki, "Buzxana" memarlıq abidəsində həyata keçirilməsi nəzərdə tutulan təmir-bərpa işlərinin layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova təqdim edilib. Layihə ilə tanış olan Ali Məclisin Sədri onun icrası ilə bağlı müvafiq tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB