Evində ölü tapıldı

Tanınmış italiyalı stilist, tənqidçi və moda şərhçisi Anna Pyacci evində ölü tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məşhur stilist 81 yaşında dünyasını dəyişib.

Nəzərinizə çatdıraq ki, Anna Pyacci 1931-ci ildə Milanda dünyaya gəlib. 30 yaşında moda sahəsində karyerasına başlayıb və "Arianna" jurnalında redaktor vəzifəsində çalışıb.

Qeyd edək ki, tanınmış stilist hər ay "İkili standartlar" adlı dərgi buraxırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə