Hazırda Bərdə rayonunda mədəniyyət obyektlərinin təmiri və tarixi abidələrin bərpası diqqət mərkəzindədir. SİA-nın xəbərinə görə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Bərdədə uşaq incəsənət məktəbi tikilərək istifadəyə verilib. Mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, mərkəzi kitabxana, 1 nömrəli şəhər kitabxanası, uşaq kitabxanası, "Kolayır və Qaradırnaq" kənd kitabxanaları, 1 nömrəli uşaq incəsənət, 3 nömrəli, Divanlı və Kolayır kənd uşaq musiqi məktəbləri, rəsm qalereyası təmir edilərək elektron kitabxana yaradılıb. Hazırda 1 nömrəli uşaq incəsənət məktəbi üçün yeni binanın tikintisi davam etdirilir. Dövlət Proqramında rayon ərazisində olan tarix-mədəniyyət abidələrinin bərpası da nəzərdə tutulub.

Qeyd edək ki, yaxın zamanlarda Bərdə şəhərində "Allah-Allah" və "Axsadan baba" türbələrinin, İbrahim məscidinin və Şirvanlı kəndindəki hamamın bərpasına başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə