“Azərinlə bir Avaz”

Türkiyədə fəaliyyət göstərən əməkdar artist Azərin yaradıcılıq işlərini genişləndirib. Əməkdar artist təkcə ifası ilə deyil, o cümlədən vətənpərvərliyi ilə də fərqlənən sənətçidir. Artıq xeyli müddətdir ki, qardaş ölkədə çalışan Azərin Türkiyənin TRT Avaz telekanalında aparıcılıq edir. Müğənni aparıcılıq etdiyi verilişdə Azərbaycan mədəniyyətini, musiqisini yüksək səviyyədə təbliğ edir. Sənətçinin təqdim etdiyi "Azərinlə bir Avaz" verilişinin bu dəfəki qonaqları bəlli olub. Türkmənistan sənətçiləri Gülşad Qurdova, kanon ifaçısı Kərim İlyasov və zərb sənətçisi Aslangəldi Aşirov Azərinin qonaqları olacaq. Verilişdə Türkmənistanın ədəbiyyatı və tarixinə aid söhbətlər aparılacaq. Eyni zamanda Azərin də Azərbaycan ədəbiyyatı barədə məlumatlar verəcək.

Qeyd edək ki, "Azərinlə bir Avaz" verilişi avqustun 8-də Bakı vaxtı ilə saat 22.00 da yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə