Cütlüyün özündən öncə çantası gəldi

Cütlüyün özündən öncə çantası gəldi

Beren Saat ilə sevgilisi Kənan Doğulu Los Ancelesə gediblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük dayanmadan 3 gün alış-veriş ediblər. Kənan bəylə Beren xanım Amerikanın məşhur mağazalarından paltar, çanta və ayaqqabı alıblar. Bunun üçün də 50 min TL-yə yaxın pul xərcləyiblər.

Qeyd edək ki, məşhur cütlük Amerikada 20 gün dincəldikdən sonra vətənlərinə qayıdacaqlar. Onu da deyək ki, Beren Saat ilə Kənan Doğulu Türkiyəyə gəlməmişdən öncə çantalarını yük təyyarəsi ilə göndərəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə