Avqust ayının 4-5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Millennium Tourism və Congress DMC" şirkətinin təşkilatçılığı ilə İsmayıllı rayonuna infotur təşkil olunub. SİA-nın xəbərinə görə, "Azərbaycanın yeni turist marşrutlarını kəşf edək" layihəsində Mədəniyyət və Turizm Nazirliyinin, turizm şirkətlərinin, kütləvi informasiya vasitələrinin və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşlarından ibarət 30 nəfərlik heyət iştirak edib. İnfotur zamanı iki marşrutun təqdimatı olub. Bunlardan biri "Qırxotaq əfsanəsi" mədəni turizm marşrutu, digəri isə "Fit dağı əfsanəsi" ekoloji marşrutudur.
Səfərin ilk günü iştirakçılar Sulut kəndi yaxınlığında yerləşən tarixi buzxana və 13-cü əsrə aid edilən Qırxotaq abidələri ilə tanış olub. Piyada marşrut üzrə Fit dağını aşaraq Lahıc qəsəbəsinə çatıblar. Hər iki marşrut ekstremal elementlərlə zəngin olub. İnfoturun ikinci günü İsmayıllının tarixi-etnoqrafik qəsəbələri olan Basqal və Lahıcla tanışlıq da maraqlı təəssüratla yadda qalıb. İştirakçılara Basqalda "Kəlağayı" İpək Muzeyi, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi və Lahıc Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə barədə məlumat verilib.
Qeyd edək ki, infotur iştirakçıları İsmayıllıda fəaliyyət göstərən mehmanxana və istirahət mərkəzləri, eləcə də digər mədəni-tarixi abidələrlə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB