Türkiyənin baxımlı seriallarından olan "Fatmagülün suçu ne" kinosunun aktyoru Çelik gecə məkanlarının birində spirtli vəziyyətdə media nümayəndələrinin kameralarına tuş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, jurnalistləri görməməzlikdən gələn aktyor telefonla danışmağa başlayıb.

Daha sonra media mənsublarından qaça bilmədiyini görüncə onlara harasa təcili getməli olduğunu söyləyib: "Hələ ki, istirahət edirəm. Yeni layihələrim haqqında sonra məlumat verərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə