"Moskva solistləri" kamera orkestri Moskva Dövlət Filarmoniyasının bədii rəhbəri, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının kafedra müdiri, Rusiyanın Xalq artisti, bəstəkar Aleksandr Çaykovskinin xüsusi olaraq Qəbələ IV Beynəlxalq Musiqi Festivalı üçün hazırladığı "Xocalı" matəm musiqisini təqdim edib.

SİA-nın verdiyi xəbərə görə, konsertdə musiqi əsərinin orkestrlə birgə "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, "Moskva solistləri" kamera orkestrinin yaradıcısı, "Qremmi" mükafatının sahibi Yuri Başmet, Xalq artisti Fərhad Bədəlbəyli (piano), məşhur violonçel ifaçısı Dmitri Yablonski, əməkdar artist tarzən Sahib Paşazadə ifa edib.

Qeyd edək ki, konsertin ikinci hissəsində bəstəkar V.A.Mozart, T.Takemitsu, İ.Stravinski, D.Şostakoviç, Y.Benda, A.Vivaldi və A.Şnitkenin əsərləri ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...