Təşkilat Komitəsi Azərbaycana 8 gün vaxt verdi

Təşkilat Komitəsi Azərbaycana 8 gün vaxt verdi

19 iyul -14 avqust 2012-ci il tarixlərində İstanbulda Türkiyə Diyanət Vəqfinin təşkilatçılığı ilə 31-ci "Kitab və mədəniyyət sərgisi" keçirilib. SİA-nın xəbərinə görə, Təşkilat Komitəsi Azərbaycan kitablarının sərgisi üçün 8 gün yer ayırıb. Sözügedən kitablar sərgidə uğurla təmsil olunub. 8 gün ərzində dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə, ölkəmizdəki dini tolerantlığa, milli-mənəvi dəyərlərimizə həsr olunmuş kitablar nümayiş olunub. Həmin kitablar sərgi iştirakçılarında böyük maraqla qarşılanıb.

Qeyd edək ki, 8 gün ərzində nümayiş olunan kitablar tədbir təşkilatçısı Türkiyə Diyanət Vəqfinə hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə