Kinostudiya yenidən qurulacaq

Sentyabr ayından etibarən fransız şirkəti Azərbaycan Kinostudiyasının yenidən qurulması layihəsi üzərində işə başlayır. SİA-nın xəbərinə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, hələlik filmlərin çəkilişi davam etdiriləcək. Onun sözlərinə görə, layihə hazır olandan sonra kinostudiyanın yenidən qurulmasına başlanacaq".

Bununla bağlı prezident İlham Əliyevin müvafiq sərəncamının olduğunu xatırladan nazir qeyd edib ki, Azərbaycan Respublikasının rəhbərliyi kino sənayesinə böyük diqqət ayırır: "İlk dəfədir ki, Kino Gününü təzə bərpadan çıxmış Nizami kino mərkəzində qeyd edirik. Düşünürəm ki, hər il bu cür yeni hədiyyələri kino xadimlərinə təqdim edəcik".

Bütün xəbərlər Facebook səhifəmizdə