Əbülfəs Qarayev: “Nazirlik yeni quruma lazımi dəstəyi verəcək” MÖVQE
"Azərbaycan Kinomatoqrafçılar İttifaqının fəaliyyətini heç kəs dayandırmır, ona qadağalar qoymur. Lakin proseslər onu göstərir ki , bu gün Azərbaycan kino xadimləri müasirliyə, yenilikliyə, gələcək inkişafa daha böyük maraq göstərirlər. Ona görə düşünürəm ki, yeni yaradılan qurumun fəaliyyəti uğurlu olacaq". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.
O bildirib ki, Azərbaycanda bütün sahələrdə çalışan yaradıcı insanlar müxtəlif formalarda birləşərək qarşısına yeni məqsədlər qoya bilərlər. Yaradıcılıq proseslərini gücləndirmək qərarına gəlirlərsə, burada heç bir qəbahət yoxdur: "Düşünürəm ki, Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqının işi bundan sonra səmərəli aparılacaq. Mən onlara uğurlar diləyirəm. Nazirlik yeni yaradılmış quruma lazımi dəstəyi verməyə hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB