Azərbaycanlı aktyor verilişini təriflədi

Azərbaycanlı aktyor verilişini təriflədi

Azərbaycanın tanınmış yumoristi, aktyoru Fərda Xudaverdiyev sponsorlardan danışıb. Aktyor əvvəlki kimi veriliş hazırlayıb televiziya məkanlarına çıxa bilmədiyini söyləyib. SİA-ya açıqlama verən Xudaverdiyev onu əsəbləşdirən məqamlardan da söz açıb: "Baxımlı verilişlər çoxdur. Vaxtı ilə aparıcılıq etdiyim "Tək səbr" verilişi də ən reytinqli verilişlərdən biri idi. Ancaq indi nədənsə o kimi verilişlərə aparıcılıq edə bilmirəm. Səbəbi isə maddi durumumun yaxşı olmamasıdır. Eyni zamanda da sponsorluq edənlərin sayı da çox azdır. Onu da deyim ki, hansısa monoloqumu yarımçıq qoyub kolbasanı və ya şokoladı reklam edə bilmərəm. Yəni ki, verilişin farmatına uyğun olmaz", - deyə Fərda Xudaverdiyev gileylənib.

Bütün xəbərlər Facebook səhifəmizdə