Dünya şöhrətli caz ifaçısı Əzizə Mustafazadə Avropanın bir neçə ölkəsində konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, musiqiçi \"Opera Jazz Tour\" adlı yeni konsert proqramının repertuarına Verdi, Puççini, Boyto, Gendel, Rimski-Korsakov, Ravel, Motsart və başqalarının əsərlərinin əsasında caz improvizələri daxil edib.
Şimali Kiprdəki Salamis Teatrında konsert proqramı ilə çıxış edən Əzizə Mustafazadə sentyabrın 16-da Rumıniyada keçiriləcək \"Plai Festival\"da, sentyabrın 28-də və noyabrın 23-də Almaniyanın Kunsthalle Şveynfurt və Feklingen Konqress mərkəzlərində çıxış edəcək.
Qeyd edək ki, məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin qızı, 1990-cı ildən Almaniyada yaşayan Əzizə Mustafazadəni Alman musiqi tənqidçiləri \"Royal arxasında Şəhrizad\" adlandırırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB