Türkiyəni Azərbaycanda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Can Bonomo yeni sevgilisi ilə jurnalistlərin kamerasına tuş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, əvvəllər adı müğənninin prodüseri Ece Çelebioğlu ilə çəkilən Can Bonomo eşqini məşhur aktrisada tapıb. Müğənni Türkiyənin məşhur serialı olan "Behzat"da baş rolu canlandıran Seda Bakan ilə birlikdə öpüşərkən görüntülənib.
Cütlük Türkiyənin ən gəzməli yerlərindən olan Çeşmədə tətil zamanı tanış olublar. Çeşmədə restoranlardan birində yemək yeyən sevgililər mütəmadi olaraq öpüşərək səmimi görüntülərə səbəb olublar.
Cütlük yeməkdən sonra əyləncə mərkəzinə gedib. Bu zaman jurnalistlərin onlara ünvanladığı suallar isə cavabsız qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB